Bizim layihələr

“Ədəbiyyat” proqramı

“Ədəbiyyat” proqramı ingilis dilində yazılmış kitabların seçilərək, sadələşdirilmiş formada yenidən çap olunaraq Qaradağ rayonunda yerləşən məktəblərin kitabxanalarına paylanmasına yönəldilmişdir.  

Layihə müddəti:

15 iyul 2004-cü il - 15 oktyabr 2004-cü il

Maliyyə dəstəyi:

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Səngəçal Terminalı Genişləndirmə Proqramı

“Ədəbiyyat Proqramının Genişləndirilməsi”

“Sönməz Məşəl” MƏİB Qaradağ məktəblərinin müəllimləri arasında sorğu apararkən məlum olmuşdur ki, məktəblərdə əlavə oxu üçün tədris materialı çatışmır. Məktəb kitabxanalarının isə bu çatışmazlığı aradan qaldırmaq üçün malliyyə imkanı yoxdur.

Layihə müddəti:

19 sentyabr 2005-ci il – 25 dekabr 2005-ci il.

Maliyyə dəstəyi:

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Səngəçal Terminalı Genişləndirmə Pr

«Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması»

Bu layihənin həyata keçirilməsi ideyası YUNESKO-nun «Tərcümə, Şərhetmə və Terminologiya Yeni Qlobal Kontekstdə» və «Tərcümə və Transmilli Proseslər» mövzusunda 1999 və 2005-ci illərdə Bakıda keçirdiyi beynəlxalq konfraslardan sonra meydana

Layihə müddəti:

1 dekabr 2007 - 31 mart 2008-ci il

Maliyyə dəstəyi:

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının təqdimatı ilə YUNESKO

«Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə elektron məlumat bazasının genişləndirilməsi

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi YUNESKO və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə 1 dekabr 2007 - 31 mart 2008-ci il tarixlərdə “Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması” layihəsini həyata keçirmiş, bu layihə çərçivəsində «Azərbaycan dilinin xəzinəsi” vebsaytını yaratmışdı

Layihə müddəti:

1 may 2009 – 31 avqust 2009

Maliyyə dəstəyi:

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

«Qadınlar, Ədəbiyyat və Cəmiyyət» layihəsi

Azərbaycanın çox zəngin regional ictimai və siyasi cəhətdən dəyərli ədəbiyyat ənənələri vardır ki, qadınlar da onların yaranmasında iştirak etmişlər. Müstəqillik əldə olunandan bəri, iqtisadi, siyasi və ictimai dəyişikliklər ədəbi mühitdə xüsusilə qadınlar üçün mürəkkəb vəziyyətin yaranmasına səbəb olmuşdur. Ədəbiyyat xalqın və cəmiyyətin güzgüsü rolunu oyanaya bilir.

Layihə müddəti:

1 aprel 2010 – 31 oktyabr 2010

Maliyyə dəstəyi:

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu

“Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri”

Layihə çərçivəsində Amerika Birləşmiş Ştatlarının Corc Meyson Universitetində Azərbaycan və Amerika qadın rəssamlarının sərgisi təşkil olunmuş, bu sərgidə daha çox Dağlıq Qarabağ mövzusu işıqlandırılmışdır.

Layihə müddəti:

1 aprel 2012 – 31 iyul 2012

Maliyyə dəstəyi:

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Diasprla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universiteti

«Qadınlar, Ədəbiyyat və Cəmiyyət» layihəsi

“Sönməz Məşəl” Mədəni İctimai Birliyi Azərbaycan ədəbi mühitinin inkişafına və gender məsələlərinin bədii tədqiqatının təşkilinə dəstək məqsədiylə 2010-cu il aprelin 1-dən oktyabrın 31-dək Amerika, Türkiyə və Azərbaycandan olan

Layihə müddəti:

1 aprel 2012 – 30 noyabr 2012

Maliyyə dəstəyi:

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu, Azərbaycan Dillər Universiteti

«Rənglərin dialoqu: Azərbaycan – Almaniya» layihəsi

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Avropa Azərbaycanlıları Konqresi ilə birlikdə 2012-ci il noyabrın 23-dən dekabrın 1-dək Berlindəki Direktorenhaus İncəsənət Qalareyasında “Rənglərin dialoqu:

Layihə müddəti:

1 noyabr 2012 - 15 dekabr 2012

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

«Azərbaycan şairi Nizami dünyasının rəngləri Romada Azərbaycan və İtaliya rəssamlarının sərgisi»

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi layihə çərçivəsində iyunun 18-dən 22-dək Romada Azərbaycan və İtaliya qadın rəssamlarının birgə sərgisini təşkil edib. Sərgidə iki ölkənin gənc qadın rəssamlarının Nizami Gəncəvinin əsərlərinə

Layihə müddəti:

1 may 2013 – 31 iyul 2013-06-26

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Milli M

“Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda”

İyunun 15-dən 22-dək Melburnda fəaliyyət göstərən Dikin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının – Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın Qarabağ mövzusunda əsərlərindən ibarət sərgi təşkil olunub.

Layihə müddəti:

1 aprel 2014 – 30 iyun 2014

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

“Odlar yurdunun min bir rəngi” adlı mədəniyyət proqramının təşkili

Azərbaycan Respublikasının tarixi və mədəniyyəti haqqında, ölkənin demokratiya sahəsində əldə etdiyi uğurlar barədə Avropada təbliğat işi aparmaq indi həmişəkindən daha mühüm əhəmiyyət kəsb edir.

Layihə müddəti:

10 aprel 2015 – 10 iyul 2015

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Azərbaycanlı qadın yazıçıların poeziya antologiyasının nəşri (müxtəlif dövrlər)

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi ən qədim dövrlərdən bu günə qədər yazıb-yaratmış Azərbaycan qadın yazıçılarının seçilmiş əsərlərindən ibarət kitab çap edib. Əsərlər həm Azərbaycan, həm də ingilis dillərində verilib

Layihə müddəti:

15 dekabr 2014 – 30 iyul 2014

Maliyyə dəstəyi:

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası

“Rənglərin səyahəti: Bakı - Budapeşt”

Layihə çərçivəsində Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 2016-cı ilin iyun ayında “Rənglərin səyahəti: Bakı - Budapeşt” adı altında Azərbaycanın gənc qadın

Layihə müddəti:

1may 2016 – 31iyul 2016

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına

“Xocalı soyqırımı qurbanlarına həsr edilən “Sülh laylayı” layihəsi"

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şair Yusif Savalanın müəllifi olduğu “Xocalı uşaqlarına laylay” adlı şeir əsasında amerikalı pianoçu və bəstəkar Haskell Smol, sopranoçu Lora Styuart, klarnetçi Şeril Hill və bədii qiraətçi

Layihə müddəti:

Sentyabr, 2017 – dekabr, 2017

Maliyyə dəstəyi:

Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurası Azərbaycan Dillər Universiteti

“Azərbaycanın rənglər dünyası Abu-Dabidə”

Layihə çərçivəsində 17 oktyabr 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında gənc rəssamlar Nərminə Vəliyeva, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Ələkbərova və Sofiya Rəsulovanın əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

Layihə müddəti:

Sentyabr, 2017 – Noyabr, 2017

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

“Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər”

Layihə çərçivəsində 2017-ci ilin yayında 40 nəfərə yaxın qadın rəssam və yazıçının iştirakı ilə Bakı şəhərində gender bərabərliyi və qadınların yaradıcı potensialı mövzusunda

Layihə müddəti:

1 mart 2017 – 28 fevral 2018

Maliyyə dəstəyi:

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası

“Deportasiya. 1948-ci ilin soyuq qışı” adlı sənədli filmin hazırlanması”

Layihə Azərbaycan tarixinin ağrılı səhifələrindən birinə - 1948-1953-cü illəri əhatə edən deportasiya mövzusuna həsr edilib. Məlum olduğu kimi həmin illərdə Ermənistan SSR-də yaşayan Azərbaycanlıların kütləvi surətdə bu respublikadan köçürülməsinə başlanılıb, insanlar yüz illər boyu yaşadıqları ev-eşiklərindən zorla çıxarılıblar.

Layihə müddəti:

Sentyabr, 2018 – Oktyabr, 2018

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

“Azərbaycan rənglərinin ahəngi”

Layihə çərçivəsində Polşanın Pruşkuv şəhərində Pruşkuv Şəhər Mədəniyyət və İdman Sarayının rəsm qalereyasında Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət “Azərbaycan rənglərinin ahəngi” adlı layihə çərçivəsində sərgi təşkil edilmişdir.

Layihə müddəti:

1 may 2019 – 31 iyul 2019

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

“İki dünyanın şairi” adlı ədəbi-bədii gecə, İmadəddin Nəsiminin 650 illiyinə həsr edilir.

Layihənin həyata keçirilməsində məqsəd dünyəvi şair İmaddədin Nəsiminin 650 illik yubileyinə təşkilatımızın və tərəfdaş təşkilatların töhvələrini təqdim etməkdir

Layihə müddəti:

18 dekabr 2019

Maliyyə dəstəyi:

ADU-nun Xarici Ölkələr Ədəbiyyatı kafedrası Bakı Amerika Mərkəzi ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurası

“Dünyanı heyrətləndirən musiqi”

Müasir Azərbaycan peşəkar musiqi məktəbinin əsasını qoymuş dahi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyinə həsr olunmuş layihə çərçivəsində Üzeyir Hacıbəyli yaradıcılığından seçmələr həm amerikalı, həm də azərbaycanlı musiqiçilər tərəfindən ifa edilərək video lentə alınıb.

Layihə müddəti:

1 iyul 2020 – 1 oktyabr 2020

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

“YEDDİ GÖZƏL, YEDDİ MƏDƏNİYYƏT, YEDDİ PLANET” layihəsi

Azərbaycan Respubliksı Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycan Respubliksında Nizami Gəncəvi ili elan edilməsilə əlaqədar “Sönməz Məşəl” Mədəni Əlaqələr ictimai birliyi “Yeddi gözəl, yeddi mədəniyyət, yeddi planet ” sərlövhəli layihə həyata keçirmişdir.

Layihə müddəti:

1 iyul 2021 – 1 oktyabr 2021

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu

“Şuşanın dağları, başı dumanlı”

Layihə çərçivəsində çəkilmiş film Şuşa şəhərinin salınması tarixindən bəhs edir və həmin tarixin keşməkeşli səhifələri vərəqlənir. Ayrı-ayrı dövrlərdə Şuşaya hücumlar, bu hücumlar nəticəsində şəhərin başı üstünü alan təhlükə xüsusi qabardılır, törədilən dağıntılar barədə söhbət açılır.

Layihə müddəti:

1 aprel 2022 – 1 iyul 2022

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkəti

“Şuşa tarixi ingilis dilində”

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsilə əlaqədər “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan

Layihə müddəti:

1 sentyabr 2022 – 1 noyabr 2022

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkəti

“Şuşanın dağları başı dumanlı” bədii-sənədli filmi Varşavada layihəsi

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsilə əlaqədər “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin “Şuşa İli”ndə

Layihə müddəti:

15 oktyabr 2023 – 15 noyabr 2023

Maliyyə dəstəyi:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi