Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Həyata keçirilmə vaxtı:
15 oktyabr 2023 – 15 noyabr 2023
Tərəfdaş təşkilatlar:
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi
Layihənin təsviri:
Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsilə əlaqədər “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin “Şuşa İli”ndə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və İctimai Televiziyanən tərəfdaşlığı ilə ingilis dilində ərsəyə gətirdiyi “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli filmi Polşanın paytaxtı Varşava şəhərində beynəlxalq konfransda təqdim olunub.
“Polşa və türk dünyası” mövzusunda keçirilən konfrans Varşava Universitetinin Şərqşünaslıq fakültəsi Azərbaycan, Türkiyə və Qazaxstanın Polşadakı səfirlikləri, habelə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil edilib.
Layihənin məqsədi:
Layihənin məqsədi Şuşa şəhərinin salınma tarixi barədə polyak və dövlətlərindən ibarət konfrans iştirakçılarında aydın təsəvvür yaratmaq, bu şəhərin 30 il erməni işğalı altında olduğunu vurğulamaq və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun şəhərin işğaldan azad edilməsi üçün göstərdiyi şücaət barədə hərtərəfli məlumatlandırmaqdır.