“Şuşa tarixi ingilis dilində”


Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkəti

Həyata keçirilmə vaxtı:
1 sentyabr 2022 – 1 noyabr 2022

Tərəfdaş təşkilatlar:
İctimai Televiziya və Radio Yayımları Şirkəti

Layihənin təsviri:
Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsilə əlaqədər “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşanın dağları başı dumanlı” adlı layihə çərçivəsində İctimai Televiziya ilə birlikdə eyniadlı bədii-sənədli filmi ərsəyə gətirib.

Film Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin tarixinə həsr edilib. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai birliyi layihənin davamı kimi Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şuşa tarixi ingilis dilində” adlı layihə çərçivəsində filmin ingilis dilinə dublyajını təmin edib. Filmi ingilis dilində BBC televiziyasının məşhur aparıcılarından olan Devid Seys səsləndiriib.

Layihənin məqsədi:
Layihənin məqsədi Şuşa şəhərinin salınma tarixi barədə əcnəbi tamaşaçılara geniş məlumat vermək, bu şəhərin 30 il erməni işğalı altında olduğunu göstərmək və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun şəhərin işğaldan azad edilməsi üçün göstərdiyi şücaət barədə təsəvvür yaratmaqdır. Layihənin vəzifəsi əcnəbi tamaşaçılarda Şuşa tarixi haqqında real təsəvvür yaratmaq, Şuşanın Azərbaycan şəhəri olduğunu göstərməkdir.